Çinin cənub-qərbindəki Tibet Muxtar Bölgəsində avtomobil tunelinin yaxınlığında qar uçqunu baş verib.
Bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Qar uçqunu nəticəsində 28 nəfər həyatını itirib.
Hadisə yerində xilasedicilər işləyir, qarın altında daha bir neçə şəxsin qaldığı istisna edilmir.
Axtarış-xilasetmə əməliyyatı cümə günü axşam başa çatıb. Xilasedicilərin sözlərinə görə, faciəyə səbəb bölgədə güclü külək və temperaturun yüksəlməsi ola bilər.
Xilasetmə əməliyyatlarına mindən çox insan cəlb olunub.