Çində təbii fəlakət nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb

Çində təbii fəlakət nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb
DÜNYA
21:05 21.07.2021
1185
Çində leysan yağışlar səbəbindən azı 25 nəfər ölüb.

Bu barədə "RİA Novosti” yerli KİV-ə istinadən məlumat yayıb.

Məlumata əsasən, yeddi nəfər hələ də itkin düşmüş sayılır.

Qeyd edək ki, leysan yağışlardan ən çox zərər çəkən Çjençjou şəhəri olub. Burada sutkalıq yağıntı normaları üzrə yeni rekordlar qeydə alınıb.

Xatırladaq ki, daha öncə təbii fəlakət qurbanlarının sayının 12 nəfər olduğu bildirilirdi.
OXŞAR XƏBƏRLƏR