Çinin Guangdong əyalətinin paytaxtı Quanqdouda güclü yağışların səbəb olduğu torpaq sürüşmələri nəticəsində 2 nəfərin cəsədi tapılıb.
AZXEBER.COM xəbər verir ki, China Daily qəzetinin yaydığı məlumata görə, bəzi bölgələrdə baş verən sürüşmələr zamanı ümumilikdə 14 nəfər torpaq altında qalıb. Onlardan 7-si yaralı şəkildə xilas edilib və xəstəxanada müalicə olunur.
Hazırda 5 nəfərin axtarış-xilasetmə işləri davam etdirilir. Yerli hakimiyyət hadisə ilə bağlı araşdırma aparır.
Oksana