Çində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 21-ə çatıb

Çində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 21-ə çatıb
DÜNYA
19:09 13.08.2023
210
Çinin şimalındakı Şaansi əyalətinin mərkəzi olan Şian şəhəri yaxınlığında torpaq sürüşməsi nəticəsində 21 nəfər ölüb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, Şian Fövqəladə Hallar İdarəsi Bürosunun verdiyi açıqlamaya görə, cümə gecəsi başlayan selin səbəb olduğu torpaq sürüşməsi nəticəsində şəhərin qərbindəki magistral yol zədələnib, 900 evin elektrik enerjisi kəsilib.

Torpaq sürüşməsi nəticəsində 21 nəfər həyatını itirib, itkin düşən 6 nəfərin axtarışları davam edir.

İyul ayından bəri Çinin şimal əyalətləri Doksuri və Khanun tayfunlarının səbəb olduğu güclü yağış və daşqınlarla üzləşib.

Bildirilib ki, daşqınlarda ümumilikdə 142 nəfər həyatını itirib.
OXŞAR XƏBƏRLƏR