Çin dünyanın ilk metanla işləyən raketini kosmosa buraxıb
AZXEBER.COM xəbər verir ki, Çin tərəfindən buraxılan "Zhuque-2” faydalı yükünü uğurla orbitə çıxaran ilk metanla işləyən raket olub
Çinin "LandSpace” şirkəti tərəfindən hazırlanmış dünyanın ilk metan və maye oksigenlə işləyən "Zhuque-2” raketi uğurla kosmosa göndərilib. Özəl aerokosmik şirkəti "LandSpace” raketin kosmosa buraxılması ilə bağlı açıqlama verib.
Qobi səhrasındakı Jiuquan peyk buraxılış mərkəzindən buraxılan "Zhuque-2” faydalı yükünü Günəşlə sinxron orbitə uğurla çıxaran ilk metanla işləyən raket olub.
Yanacaq kimi maye metan oksidləşdirici kimi maye oksigeni istifadə edən raket aşağı orbit üçün 6 ton, günəşlə sinxron orbit üçün isə 4 ton daşıma qabiliyyətinə malikdir.
Ayşən