Çindən COVİD-19-la bağlı QƏRAR

Çindən COVİD-19-la bağlı QƏRAR
DÜNYA
14:02 10.05.2023
187
Çin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "beynəlxalq ictimai səhiyyə fövqəladə vəziyyət" statusunu qaldırdığını elan etdikdən sonra COVİD-19-u "B sinif epidemiyası" kimi təsnif etməyə davam edəcəyini söyləyib.

AZXEBER.COM xəbər verir ki, Milli Səhiyyə Komissiyasının rəsmiləri keçirdikləri mətbuat konfransında ÜST-nin qərarının qlobal riskin aradan qalxdığı anlamına gəlmədiyini, ancaq təcili vəziyyət əvəzinə xəstəliyi digər epidemiyalar kimi müalicə etməyin vaxtının gəldiyini bildiriblər.

Rəsmilər Çinin artıq COVİD-19-u "B sinif epidemiyası" kimi təsnif etdiyini və bu kontekstdə tədbirlər görməyə davam edəcəyini qeyd edib.

Komissiyanın sözçüsü Mi Fınq virusun hələ də mutasiyaya uğradığını və yerli səviyyədə yayılmağa davam etdiyinə diqqət çəkərək, yerli hökumətlərin və səhiyyə qurumlarının əhalinin sağlamlığını qorumaq üçün lazımi tədbirlər görməsinin vacibliyini vurğulayıb.

Yanvarın 8-də Çin COVİD-19-a "A kateqoriyalı epidemiya” kimi yanaşmağı dayandırıb. 

Digər tərəfdən, Milli Viral Xəstəliklərə Nəzarət və Qarşısının Alınması İnstitutunun tədqiqatçısı Çın Cao Omciron-un XBB alt variantının son vaxtlar ölkədəki hallarda üstünlük təşkil etdiyini bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR