Çindən qeyri-adi addım: kosmosa balıq göndərəcək

Çindən qeyri-adi addım: kosmosa balıq göndərəcək
DÜNYA
12:16 14.07.2023
217
Çin hazırda Yer orbitində inşa etdiyi "Tiangong”  kosmik stansiyasında balıq yetişdirmək və dəniz canlılarının kosmik mühitdə necə sağ qala biləcəyini araşdırmaq istəyir.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Çin hakimiyyəti kosmosa zebra balığı göndərməyə hazırlaşır.

Mütəxəssislərin sözlərinə görə təcrübə göstərəcək ki, Ayda və Marsda planlaşdırılan pilotlu bazalarda dəniz məhsulları yetişdirmək mümkün olub.

Balıqlar qapalı və kiçik akvariumlarda saxlanılacaq.

Bu təcrübənin nəticələri gələcəkdə Ayda və ya Marsda planlaşdırılan insan bazalarında dəniz məhsulları yetişdirməyin mümkün olub-olmadığını göstərəcək.

Qeyd edək ki, həm Çin, həm də ABŞ 2030-cu ilə qədər Aya astronavt göndərməyi və orada dayanıqlı insan bazası yaratmağı hədəfləyir.

Şəbnəm
OXŞAR XƏBƏRLƏR