Çində son həftələr artan və xüsusilə uşaqlara təsir edən tənəffüs yoluxucu epidemiya Avropaya da yayılıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Çinin bəzi şəhərlərində, xüsusən Pekində son həftələrdə artan tənəffüs yoluxucu xəstəliklər epidemiyası narahatlıq yaratmağa davam edir.
Ümumdünya Səhiyyə Təşkilatının uzaqdan izlədiyi və Çin rəsmilərindən izahat gözlədiyi sirli pnevmoniya epidemiyası səbəbindən xəstəxanalar dolub.
Xüsusilə uşaqlara təsir edən pnevmoniya hallarında xəstələrin simptomları yüksək hərarət və öskürəkdən ibarətdir.
Hollandiyada son günlər xüsusilə uşaqlar arasında çox ciddi tənəffüs yolu xəstəlikləri epidemiyasının baş verdiyi açıqlanıb. Səlahiyyətlilər simptomların Çindəki uşaq xəstələrə bənzədiyini söyləyib.
Ayşən