Bu sözləri AZXEBER.COM-a açıqlamasında millət vəkili Aqil Abbas deyib.
Deputat Gürcüstan prezidenti Saakaşvilinin açıqlamasına münasibət bildirib: “Heç kimin buna qüdrəti çatmaz. Bunu ulu öndər Heydər Əliyev sübut etdi ki, Azərbaycanda hakimiyyətə yalnız seçki ilə gəlmək mümkündü. Nə silahla, nə başqa oyunlarla mümkün deyil. O, Azərbaycan hökümətini elə qurdu ki, onu kimsə kənardan aşırda bilməz. Biz kərtənkələ yeyən ərəblər deyilik ki, kənardan gəlib dövləti qarışdırsınlar, qırsınlar. Azərbaycanın güclü dövləti var, xalq da bunu bilir. Seçkilər olacaq, kim seçilsə, o da hakimiyyətdə olacaq. Rus özünü öldürsə də, artıq o əməllərini həyata keçirə bilməz. İndi 1990-cı il deyil ki, üstümüzə tank yeritsin.”
Qeyd edək ki, Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiyanın Söyün Sadıxov, Vahid Ələkbərov və digər milyarderlər vasitəsilə Azərbaycanda hakimiyyət çevrilişi hazırladığını bildirib.