"Bir zamanlar düşünürdüm ki, bayağı oxuyanlar musiqimizi korlayır. Amma indi onların məqsədli şəkildə meydana atıldıqlarını düşünürəm."
AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Elçin Cəfərov "Gün ortası" verilişində deyib.
"Bəzi müğənniləri yeməyə, meyvəyə oxşatmağa ehtiyac yoxdur, qoy elə insan olsunlar. İstedadlı müğənni düşünməməlidir ki, bunu oxuyum və pul qazanım. O deməlidir ki, harada özümü göstərim, mən nə oxuyum ki, məni alqışlasınlar. Mən el şənliklərində bəzən olur ki, sadəcə bir nəfərə baxıb oxuyuram. Niyə? Çünki görürəm ki, o mənə qulaq asır. 500 insan içindən bir onu seçirəm. Müğənninin buna ehtiyacı var. Əvvəl düşünürdüm onlar musiqimizi korlayır, bizdən çox pul qazanır. Amma indi yaxşı düşünürəm, anlayıram ki, adam işləyir. Həftədə bir mahnı buraxır. Ruzisini də Allah verir, çünki o əziyyət çəkir. Bizim ona qarışacağımız ola bilməz. Günah bir az da bizdədir".
Aysel