Sevilən müğənni Elçin Cəfərov "Həmin Zaur" verilişində qonaq olub.
Sənətçi yeni layihələrindən danışıb.
O, bu yay dincəlməyəcəyini deyib:
"Yayda istirahət etməyi düşünmürəm, işləmək lazımdır. Səfərlərim olacaq amma bu layihələrim ilə bağlı olacaq. Açıqlamaq istəmirəm amma çox yaxşı işlərimiz var qarşıda. Daha əvvəlki kimi iki ayda bir mahnı çıxardıb dayanmaq zamanı deyil. Manana xanım və "Cahan" qrupu üçün yeni mahnı yazmışam, indi onların hazırlıqları ilə məşqulam'.