"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistan-Azərbaycan sərhədində missiyasının yerləşdirilməsi vəziyyətin sabitləşməsinə töhfə verərdi”.
AZXEBER.COM xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
O bildirib ki, Qarabağ KTMT-nin məsuliyyət zonasına daxil deyil:
"Qarabağ KTMT-nin məsuliyyət zonasına daxil deyil. Eyni zamanda, təşkilatın missiyasının Ermənistanda yerləşdirilməsi Ermənistan-Azərbaycan sərhədindəki "vəziyyətin sabitləşməsinə mühüm töhfə verərdi”. Top (seçim-red.) Ermənistan tərəfindədir".