"İndiki ağlım olsaydı, Hüseyni tək qoymazdım" - Röya

"İndiki ağlım olsaydı, Hüseyni tək qoymazdım" - Röya
MAQAZİN
10:05 17.12.2025
158
Xalq artisti Röya Ayxan açıqlaması ilə diqqət çəkib.
 
AZXEBER.COM xəbər verir ki, sənətçi övladı Hüseyndən danışıb.
 
"Günə uğurla" verilişində qonaq olan Xalq artisti peşman olduğu əməlindən danışıb:
 
"Bəzən peşman oluram. İndiki ağlım olsa idi, Hüseyni heç vaxt tək qoymazdım. Ona mütləq bacı, ya qardaş lazım idi. Təbii ki, eyni atadan. Uşaqların atalarını qarışdırmaq olmaz. Uşağın atası bir dənə olar. Çox uşağa sahib olun, qoyun dalaşsınlar, barışsınlar, amma çox olsunlar. Mənim həyatdakı yeganə peşman olduğum əməlim budur. Biz çox qohumcanlı ailəyik. İnsan gərək tək olmasın. Atam xəstə olanda mən işdə, toyda olurdum, onun yanında bacım, xala, bibi, əmi uşaqlarım olurdu.
 
İndi tək arzum odur ki, qardaşım Ayxan da evlənsin. Artıq 34 yaşı var. Seçdiyi xanım var, amma o qızın barmağına üzük taxmayınca, Ayxanın sözünə inanmıram. Onu da halal süd içmiş bir qıza əmanət etsəydim, ürəyim rahat olacaq. Kimi istəsə, onu da alacağam".
 
Aysel
OXŞAR XƏBƏRLƏR