‘İndiki vəziyyət həm Rusiya, həm də Azərbaycanın xeyrinədir’ - Mübariz Əhmədoğlu

‘İndiki vəziyyət həm Rusiya, həm də Azərbaycanın xeyrinədir’ - Mübariz Əhmədoğlu
SİYASƏT
14:37 23.05.2013
2206

Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində dönüş yaratdı. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Əhmədoğlu qeyd edib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bəyan etdi ki, status-kvo hamı üçün, o cümlədən Rusiya üçün qəbuledilməzdir: "Status-kvonun dəyişilməsi təkcə Azərbaycanın torpaqlarının qaytarılmasına deyil, həm də Ermənistanın blokadadan çıxmasına gətirib çıxaracaqdır. Bu isə Azərbaycanın, Ermənistanın, eləcə də Dağlıq Qarabağda yaşayanların maraqlarına cavab verir".

Əhmədoğlunun sözlərinə görə, Lavrovun bu bəyanatında bir neçə mühüm məqam vardır: "Rusiya açıq mətnlə Azərbaycanın torpaqlarının geri qaytarılması məsələsini gündəliyə gətirir. Rusiya Ermənistanın blokadadan çıxmasını Azərbaycanla əlaqələndirir. Başqa sözlə, Ermənistanla Rusiya arasındakı əlaqənin Azərbaycan ərazisi vasitəsi ilə bərpası gündəliyə gətirilir. Rusiya subyekt kimi heç bir formada Dağlıq Qarabağın adını hallandırmır. Yalnız Dağlıq Qarabağdakı əhalidən danışır. Bu o deməkdir ki, Rusiya Dağlıq Qarabağın müstəqilliyini və onun Ermənistana birləşməsini qəbul etmir. Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində indiki mövqeyinin dəyişilmə ehtimalı çox azdır. Demək olar ki, mümkün deyil".

Əhmədoğlu deyib ki, Rusiya indiki mövqeyə Ermənistanın bu vaxtadək apardığı oyunların mahiyyətini anladıqdan sonra gəlib: "Rusiyanın Ermənistana satacağı qazın qiymətini qaldırması onun Ermənistanla bağlı mövqeyinin dəqiqləşdiyini göstərir. Azərbaycanda Rusiyanın mövqeyindəki bu dəyişiklik çoxdan gözlənilirdi. Bir neçə kiçik anlaşılmazlığı nəzərə almasaq, indiki vəziyyət həm Rusiya, həm də Azərbaycanın xeyrinədir; Dağlıq Qarabağda müharibə alovlanacaqsa, bundan Azərbaycanla yanaşı Rusiya da əziyyət çəkə bilərdi".

Politoloq vurğulayıb ki, Ermənistan tarixi olmayan mifik, təbii resurslardan məhrum, Rusiyanın hesabına yaradılmış bir dövlətdir. Ona görə də münaqişəni qızışdırmaq Ermənistana sərf edir: "Ermənistan Rusiyanı cəzalandırmaqdan ötrü Dağlıq Qarabağda münaqişəni alovlandırmaq üçün fürsət axtarır və bu istiqamətdə fəaliyyətini daha da intensivləşdirib. Ermənistanın İranla əlaqələrində son illər bu istiqamət aşkar hiss olunurdu. Eləcə də Qərbin Dağlıq Qarabağ münaqişəsini yenidən alovlandırmaqla Rusiyanı regiondan qovmaq ehtimalı da heç vaxt azalmayıb. Ermənistanın Rusiyanı indiki mövqeyindən geri çəkmək üçün potensialı yoxdur. Belə vəziyyət bir neçə dəfə təkrarlanıb. İndi Rusiya Qafqazda baş verənlərə kompleks yanaşma ortalığa qoyub".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Çinə getmək istəyən Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ - Viza rejimi bu gündən ləğv edildi
08:50 16.07.2025
Çinə getmək istəyən Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ - Viza rejimi bu gündən ləğv edildi
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:38 16.07.2025
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib