İndiyədək Azərbaycanın 187 müəssisəsindən Rusiyaya pomidor ixracına icazə verilib

İQTİSADİYYAT
21:38 30.07.2021
1016
Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.

AQTA-dan AZXEBER.COM-a verilən məlumata görə həyata keçirilən birgə tədbirlər çərçivəsində Agentliyin mütəxəssisləri və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") əməkdaşlarının iştirakı ilə respublika ərazisi üzrə fəaliyyət göstərən pomidor istehsalı müəssisələrində birgə videomonitorinqlər davam etdirilir. Bununla yanaşı, müəssisələrdə həyata keçirilən sağlamlaşdırıcı tədbirlər və aparılan araşdırmaların nəticələri ilə bağlı məlumatlar mütəmadi qaydada Rusiya tərəfinə təqdim olunur. Görülən işlərin məntiqi nəticəsi olaraq "Rosselxoznadzor" tərəfindən 3 avqust 2021-ci il tarixindən daha 34 pomidor istehsalı müəssisəsi və 1 kooperativdən (kooperativə 8 müəssisə daxildir) də bu ölkəyə pomidor ixracına icazə verilib.

Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 187 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 329 729 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan pomidor məhsulunun 184,5 %-ni təşkil edir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

09:47 24.09.2021

Kamaləddin Qafarov: 44 günlük müharibə 30 illik işğala və iki əsrlik tarixi ədalətsizliyə son qoydu

09:36 24.09.2021

Niderlandda 12 yaşlı oğlan peyvənd olunmasına icazə verməyən atasına məhkəmədə qalib gəldi

09:15 24.09.2021

Sabah gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

09:07 24.09.2021

İranın XİN rəhbəri: "Azərbaycanla münasibətlərin inkişafında maraqlıyıq"

03:00 24.09.2021

Dövlət başçısı: "BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gündə icra edildiyi halda, bizə gəldikdə 27 il icra olunmamış qaldı"

02:53 24.09.2021

Prezident: "Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaq"

02:49 24.09.2021

Dövlət başçısı: "Ermənistan transsərhəd Oxçuçay çayını kəskin şəkildə çirkləndirir"

02:48 24.09.2021

İlham Əliyev: "Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur"

02:46 24.09.2021

İlham Əliyev: "Azad olunmuş ərazilərin 7 200 meqavat günəş enerjisi və 2 000 meqavat külək enerjisi potensialı var"

02:45 24.09.2021

Prezident: "BMT Nizamnaməsinə əsasən, Ermənistan Azərbaycana qarşı ağır cinayətlərə görə məsuliyyət daşımalıdır"

02:42 24.09.2021

Prezident: "Azərbaycan tolerantlıq və sülh şəraitində yaşama nümunəsidir"

02:40 24.09.2021

İlham Əliyev: "Azərbaycanda pandemiya ilə bağlı vəziyyət nəzarətə götürülüb"

23:50 23.09.2021

Hikmət Hacıyev İranın XİN başçısının müavini ilə görüşüb - FOTO

23:20 23.09.2021

Həkim-pediatr: “Koronavirusdan sağalan uşaqlarda çoxsistemli iltihab sindromuna daha çox rast gəlinir”

23:05 23.09.2021

Azərbaycan Ermənistanı Beynəlxalq Ədliyyə Məhkəməsinə verdi

22:55 23.09.2021

Husilər Yəmənin bir əyalətini nəzarətə götürüblər