İsrail ordusunda həlak olan əsgərlərin sayı 315-ə yüksəlib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrail Ordusunun sözçüsü Daniel Hagari mətbuat konfransında ölən israilli hərbçilərin sayını açıqlayıb.
Ölən əsgərlərin sayını açıqlayan sözçü daha sonra HƏMAS tərəfindən əsir götürülən girovların sayını da bildirib:
"Qəzza zolağında girovların sayının 238 nəfərdir".
Qəzzaya qətiyyən yanacaq daşınmayacağını deyən Hagari "Qəzza zolağına yanacaq girməyəcək, bu, siyasi səviyyədə bir qərardır və onu həyata keçiririk”, - deyə sərt cavab verib.
Mikayıl