Qarabağda qalıqları tapılan erməni hərbçilərin sayı açıqlandı

Qarabağda qalıqları tapılan erməni hərbçilərin sayı açıqlandı
DÜNYA
13:37 01.01.2021
1711
Ötən gün Qarabağda daha 3 erməni hərbçisinin qalıqları tapılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə məlumatı qondarma "Dağlıq Qarabağ Respublikası”nın fövqəladə hallar üzrə dövlət xidmətinin nümayəndəsi Unan Tadevosyan verib.

"Ölən iki nəfərin meyiti Cəbrayıldan, daha bir nəfərin isə Xocavənddən götürülüb. Ümumilikdə 1 138 nəfərin qalıqları tapılıb”, - U.Tadevosyan vurğulayıb.

O bildirib ki, Qubadlı və Hadrut istiqamətində axtarışların aparılması üçün hələlik icazə alınmayıb:

"Hadrutda axtarış işlərinin bərpa edilməsi üçün danışıqlar gedir. Hazırda axtarış işləri Füzuli və Xocavənd istiqamətində davam edir”.
OXŞAR XƏBƏRLƏR