İndoneziya sahillərində 6,0 bal gücündə zəlzələ qeydə alınıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Sulavesi adasında yerləşən və təxminən 282 min nəfərin yaşadığı Palu şəhərindən 128 kilometr şimalda olub. Yeraltı təkanların ocağı 35 kilometr dərinlikdə yerləşib.











































