İndoneziya yeni paytaxtına köçür

İndoneziya yeni paytaxtına köçür
DÜNYA
15:06 05.06.2024
167
Cakartanın təbii fəlakətlər, infrastruktur problemləri və qrunt sularından həddindən artıq istifadə ucbatından sürətlə "batması” səbəbindən İndoneziyada yeni paytaxta köçmək üçün aparılan işlər başa çatıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İndoneziya prezidenti Coko Vidodo Borneo adasındakı Şərqi Kalimantan əyalətində "Nusantara” adlanan yeni paytaxtda tikilməkdə olan ərazilərə baxış keçirib.

Yeni paytaxta köçmənin 80 faiz tamamlandığını bildirən Widodo, gələn ay təmiz su bağlandıqdan sonra yeni ofisindən işə başlayacağını bildirdi.

Nusantarada su çəninə baxış keçirən, universitet və məktəblərin təməlqoyma mərasimlərində iştirak edən Widodo, hava limanının tikintisinin avqust ayında başa çatdırılmasının gözlənildiyini də bildirib.

Gülay
OXŞAR XƏBƏRLƏR