İndoneziyanın Sumatra adasının qərbində 7.3 bal gücündə zəlzələ baş verib.
AZXEBER.COM xəbər verir ki, bu barədə İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyi (BMKG) məlumat yayıb.
Agentlik zəlzələdən sonra sunami xəbərdarlığı edib.
ABŞ Geoloji Xidməti (USGS) isə zəlzələnin 7,1 bal gücündə olduğunu açıqlayıb.
Qeyd edək ki, zəlzələdə can və mal itkisi ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
Mikayıl