İndoneziyada güclü yağış can aldı

İndoneziyada güclü yağış can aldı
DÜNYA
12:15 26.11.2025
101
İndoneziyada son zamanlar çoxlu insanın həyatına son qoyan əlverişsiz hava şəraiti təsirini davam etdirir.

AZXEBER.COM xarici mətbuta istinadən xəbər verir ki, İndoneziyanın Sumatra adasında yağan güclü yağışlar təsirsiz ötüşmətib.
 
Axtarış-xilasetmə qrupları Şimali Sumatranın Sibolqa şəhərində ən azı beş nəfərin cəsədini tapdıqlarını bildiriblər.
 
Üç nəfər yaralanıb, dörd nəfər isə itkin düşüb.

Güclü yağışların yaratdığı daşqınlar isə təxminən 2000 binanı su altında qoyub.

Hakimiyyət orqanları təcili çadırların qurulduğunu bildirib və sakinləri yüksək riskli əraziləri dərhal tərk etmələri barədə xəbərdar edib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR