İndoneziyanın Şərqi Yava əyalətində 6,2 bal gücündə zəlzələ baş verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyi (BMKG) Şərqi Yava əyalətində yerli vaxtla saat 13:07-də 6,2 bal gücündə zəlzələnin qeydə alındığını açıqlayıb.
Bildirilib ki, 10 kilometr dərinlikdə baş verən zəlzələ Bali adasından da hiss olunub. Şiddətli silkələnmə səbəbindən sunami riskinin olmadığı bildirilib.
Yerli səlahiyyətlilər zərərin qiymətləndirilməsi işlərinə başlanıldığını bildiriblər.
Qeyd edək ki, noyabrda Qərbi Yava əyalətinin Cianjur bölgəsində baş verən 5,6 bal gücündə zəlzələdə 300-dən çox adam həlak olub.
Mikayıl