İndoneziyada güclü zəlzələ oldu

İndoneziyada güclü zəlzələ oldu
DÜNYA
14:49 22.04.2023
251
İndoneziya sahillərində 6,2 maqnitudalı zəlzələ olub.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri təxminən 355 min nəfər əhalisi olan Ambon şəhərindən 346 kilometr cənub-qərbdəki Banda dənizində, zəlzələnin ocağı isə 20 kilometr dərinlikdə olub.

Sunami təhlükəsi barədə məlumat verilməyib.
OXŞAR XƏBƏRLƏR