İndoneziyada qəzaya uğrayan təyyarənin qalıqları aşkarlanıb

İndoneziyada qəzaya uğrayan təyyarənin qalıqları aşkarlanıb
DÜNYA
14:33 18.01.2026
484
Yanvarın 17-də qəzaya uğrayan "Indonesia Air Transport” aviaşirkətinə məxsus "ATR 42-500” tipli təyyarənin qalıqları bu gün Cənubi Sulavesi vilayətində Bulusaraunq dağının zirvəsində aşkarlanıb.

Bu barədə "Detik” portalı mэlumat yayıb.

Cokyakartadan Makassar şəhərinə uçan təyyarənin göyərtəsində 11 nəfər olub, onlardan 8-i ekipaj üzvüdür.

Xilasetmə əməliyyatına 376 xilasedici cəlb olunub. Artıq 1 nəfərin cəsədi tapılıb.
 
///apa
OXŞAR XƏBƏRLƏR