İndoneziyada yağışlar selə səbəb oldu

DÜNYA
11:17 19.12.2024
111
İndoneziyanın paytaxtı Cakarta şəhərində və ətraf rayonlarda güclü yağışlar daşqınlara səbəb olub.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, paytaxt Cakartada baş verən daşqınlardan sonra şəhərin mərkəzi küçələri sular altında qalıb.

Bəzi ərazilərdə sel suları 2 metrədək qalxıb, yüzlərlə ailə evakuasiya edilib. Ölən və itgilər barədə hələ ki, heç bir məlumat verilməyib.
 
Cəmalə

OXŞAR XƏBƏRLƏR