İndoneziyada stadionda baş verən iğtişaşlar nəticəsində 127 nəfər ölüb - VİDEO

İDMAN
10:58 02.10.2022
329
İndoneziyanın Malanq şəhərində stadionda baş verən iğtişaşlar nəticəsində azı 127 nəfər ölüb.

AZXEBER.COM "oxu.az”a istinadən xəbər verir ki, ölənlər arasında iki polis əməkdaşı da var.

Qeyd olunub ki, iğtişaşlar "Arema” və "Persebaya” futbol komandaları arasında keçirilən oyundan sonra başlayıb.

Polis əməkdaşlarının fanatlara qarşı gözyaşardıcı qazdan istifadə etməsi çaxnaşma və izdihama səbəb olub.

Vurğulanıb ki, Kanjuruhan stadionunda baş verən iğtişaşlarda 180 nəfər yaralanıb. Onlar xəstəxanalara yerləşdiriliblər.
 

OXŞAR XƏBƏRLƏR