İndoneziyada torpaq sürüşməsi baş verib, 25 nəfər ölüb

İndoneziyada torpaq sürüşməsi baş verib, 25 nəfər ölüb
DÜNYA
19:45 24.01.2025
245
İndoneziyanın Yava adasında baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

Bu barədə "Reuters” agentliyi yerli xilasetmə xidmətinin nümayəndəsinə istinadən məlumat yayıb.

Mərkəzi Yava əyalətinin Pekalonqan şəhəri yaxınlığında təbii fəlakət çərşənbə axşamı güclü yağışlar nəticəsində baş verib. Xilasedicilər davam edən leysan və duman səbəbindən axtarışları dayandırmağa məcbur olublar.

Daha əvvəl 21 nəfərin öldüyü barədə məlumat verilmişdi.
 
///report
OXŞAR XƏBƏRLƏR