İndoneziyada ulu öndər Heydər Əliyevin 90 illik yubileyi qeyd edildi

SİYASƏT
16:10 10.05.2013
1731

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Azərbaycanın İndoneziyadakı səfirliyində təntənəli tədbir keçirilib, ulu öndər barədə sənədli film və fotoşəkillət nümayiş etdirilib.

AZXEBER.COM-un məlumatına görə, tədbirdə çıxış edən səfir Tamerlan Qarayev deyib ki, Azərbaycanın 1960-cı illərin sonundan başlayan və 21-ci əsrə adlayan tarixinin 35 illik bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır.Səfir Heydər Əliyevin bütün bu illər ərzində Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıdığını, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlardan çıxardığını, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərinin, işıqlı sabahının etibarlı bünövrəsini yaratdığını vurğulayıb.T.Qarayev bildirib ki, Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr edib, öz fəaliyyətində həmişə xalqa arxalanıb, ən çətin anlarda ona müraciət edib. Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəməyib.Diplomat çıxışının sonunda ümummili lider, dahi rəhbərin əziz xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını bildirib.Qəbulda İndoneziya parlamentinin üzvləri, siyasi partiya rəhbərləri, XİN-in əməkdaşları, ictimai və siyasi xadimlər, diplomatik korpusun, KİV-lərin nümayəndələri, Azərbaycan və türk icmaları iştirak ediblər.İndoneziya rəsmiləri, qeyri-hökümət təşkilatları, Azərbaycana dost münasibəti bəsləyən nüfuzlu ictimai xadimlər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə səfirliyə gül çələngləri göndəriblər.

OXŞAR XƏBƏRLƏR