İndoneziyada ard-arda iki təbii fəlakət baş verib.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, səhər saatlarında Qərbi Sumatradakı Marapi dağı 1,6 kilometr hündürlüyə kül saçıb, saatlar sonra isə Papua əyaləti 6,4 bal gücündə zəlzələ ilə silkələnib.
Papua əyalətində baş verən 6,4 bal gücündə zəlzələ panikaya səbəb olub.
Meteorologiya, İqlim və Geofizika Agentliyinin (BMKG) məlumatına görə, zəlzələ yerli vaxtla saat 15:24-də Papua əyalətindən 27 kilometr cənub-şərqdə, 13 kilometr dərinlikdə baş verib.
Zəlzələ geniş ərazidə hiss edilib, lakin indiyədək tələfat və ya ciddi dağıntı barədə məlumat verilməyib.
Marapi vulkanında isə püskürmə 34 saniyə davam edib və kül buludu şimal-şərqə doğru yayılıb.