İnfeksionist Afət Əkbərova: “Virus aqressiv şəkildə mutasiya edir”

İnfeksionist Afət Əkbərova: “Virus aqressiv şəkildə mutasiya edir”
SOSİAL
19:40 06.07.2020
1521

Azərbaycanda koronavirus infeksiyası ilə mübarizə davam edir. Təəssüf ki, həkimlərin və hökumətin səylərinə baxmayaraq, yoluxanların sayı hər gün 500 nəfərdən çox təşkil edir. 5 iyul 2020-ci il tarixinə olan məlumata görə, Azərbaycanda 20 324 nəfərdə COVID-19 infeksiyası təsdiqlənib. İndiyə qədər 11 742 nəfər sağalıb, 250 nəfər ölüb, 8 332 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə alır.

Media.Az V.Axundov adına Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Parazitar Xəstəliklər Klinikasının baş həkimi, klinik ordinator Afət Əkbərova ilə söhbət edib.

Onun sözlərinə görə, tədqiqat institutunun həkimləri ilk günlərdən Azərbaycanda koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə iştirak ediblər.

"Əməkdaşlarımız ilk cavab verənlərdən oldu; əvvəlcə könüllü olaraq karantində olan xəstələr arasında maarifləndirmə işləri apardılar və sonradan birbaşa koronavirus xəstələrinin müalicəsində iştirak etdilər. Şəxsən mənə gəlincə, martın 1-də Yoluxucu Xəstəliklər Klinikasının baş həkimi Nərgiz Əliyeva ilə Cəlilabad şəhərinə göndərildim. Sonra Qobustan Mərkəzi Rayon Xəstəxanasına uzun ezamiyyət oldu, hazırda Mərkəzi Gömrük Hospitalında çalışıram. Bu tibb müəssisəsi, bildiyiniz kimi, yaxın dövrlərdən xüsusi rejimli xəstəxanaya çevrilib. Ancaq biz - müxtəlif ixtisaslardan yüksək peşəkarlığa malik həkimlərdən ibarət qrup - artıq bir çox sağalmış insanı evinə yola salmışıq”.

Onun sözlərinə görə, epidemiya davam etdiyi üçün boşalmış çarpayılar yeni gələn xəstələrlə dolur:

"Hazırda heç bir yaş fərqi yoxdur. Hər şey komorbid fondan, yəni müxtəlif yanaşı xəstəliklərin mövcudluğundan, xəstəliyin müddətindən və xəstənin həkimlərin tövsiyələrinə nə dərəcədə riayət etməsindən asılıdır”.

Virusun bu dövrdə mutasiyaya uğrayıb-uğramadığı barədə suala cavab olaraq, o, xəstəliyin davam etdiyini və əvvəlki aylarla müqayisədə daha ağır şəkildə olduğunu əminliklə söyləyib.

"Bu, mutasiyaya uğramış virusun aqressivliyi ilə izah olunur”, - deyə, A.Əkbərova sözlərini yekunlaşdırıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Xocalıya səfəri ilə bağlı videoçarx paylaşdı
21:44 26.02.2026
Prezident Xocalıya səfəri ilə bağlı videoçarx paylaşdı
BDU-da qız tələbələrin fotolarını yayan şəxs saxlanıldı
21:40 26.02.2026
BDU-da qız tələbələrin fotolarını yayan şəxs saxlanıldı
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib