İnfeksionist: "Türkiyədə olduğu kimi, Azərbaycanda da sərt karantin tədbirlərinin müsbət nəticə verəcəyi gözlənilir"

İnfeksionist: "Türkiyədə olduğu kimi, Azərbaycanda da sərt karantin tədbirlərinin müsbət nəticə verəcəyi gözlənilir"
SAĞLAMLIQ
11:07 16.06.2020
1278
Türkiyədə və digər ölkələrdə həftə sonları və bir sıra müəyyən günlərdə sərt karantin tədbirlərinin müsbət nəticələr verdiyini nəzərə alsaq, Azərbaycanda da bu qadağaların effektiv olacağı gözlənilir.

AZXEBER.COM bildirir ki, bunu Trend-ə Türkiyədə çalışan tibb elmləri doktoru, professor Adil Allahverdiyev deyib.

Onun sözlərinə görə, Türkiyədə mart-aprel aylarında sutka ərzində 2500 və daha çox insan virusa yoluxurdu. Gün ərzində yüzdən çox insan bu virusdan dünyasını dəyişirdi. Amma aparılan tədbirlər nəticəsində Türkiyədə sutka ərzində virusa yoluxanların sayı 900 -1100-ə, vəfat edənlərin sayı 23-25-ə enib.

Həkim hesab edir ki, sərt karantin tədbirləri tətbiq olunmasaydı, Türkiyədə vəziyyət daha da ağırlaşardı:

"Virus hava-damcı yolu ilə yayılır, ona görə də insanlar kütləvi şəkildə nə qədər az toplaşarsa, bir o qədər də yoluxma hallarını azaltmaq olar. Həftə sonlarında əksər iş yerləri işləmədiyi üçün ticarət mərkəzlərinə gedən insanların sayı çoxalır. Bu da yoluxma riskini artırır".

A.Allahverdiyev qeyd edib ki, beş ay keçməsinə baxmayaraq, koronavirus pandemiyası hələ də öz aktuallığını qorumaqdadır:
 
"Xəstəliyin vaksini və onun müalicəsi üçün spesifik dərman preparatı əldə edilməyib. Digər tərəfdən, güman edilirdi ki, yay aylarında xəstəliyə yoluxma halları azala bilər. Lakin bunun illuziya olduğu, havanın temperaturunun yüksək olmasının xəstəliyin aradan qalxması üçün heç də səbəb olmadığı aydın oldu. Bundan başqa hesab edilirdi ki, virus mutasiyaya uğrayacaq və qısa müddətdə xəstəlik yox olacaq. Virus mutasiyaya uğrasa da, yoluxmanın azalmasında hər hansı dəyişiklik müşahidə edilməyib. Ona görə də bu durumda Türkiyədə, eləcə də Azərbaycanda epidemiologiyanın qaydalarına uyğun olaraq, karantin tədbirləri həyata keçirilir".

İnfeksionist bildirib ki, karantin tədbirlərinin yalnız bir - insanların təmasını azaltmaq və bununla xəstəliyin yayılmasının qarşısını almaq məqsədi var:

"Artıq İrlandiya və başqa ölkələrdə aparılan tədqiqatlar göstərib ki, gənclər bu xəstəliyin yayılmasında böyük rol oynayırlar. Buna görə də xəstəliklə mübarizədə ən çətin iş infeksiyanın yayılmasında mühüm rol oynayan, virus daşıyıcısı olan gənclərin aşkarlanması və onların xəstəliyi yaymasına mane olmaqdır. Bu səbəbdən Türkiyədə uzun müddət idi ki, yaşı 20-dən az, eləcə də yaşı 65-dən çox olanların çölə çıxması qadağan edilmişdi. İnsanlardan evdə qalması tələbi onların virus daşıyıcılarından uzaq olması üçün edilir. Buna görə də həftə sonlarında, bəzən isə hətta 3-4 gün ərzində Türkiyədə məcburi olaraq evdə oturma tələbi var. Əhali də buna əməl edir. Azərbaycanda da insanların bu tələbləri anlayışla qəbul etməsini və ona əməl etməsini istərdik".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” - QMİ
17:05 23.09.2026
“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” - QMİ
“Bir az dadım, görüm xarabdırmı?” –  Evdə hazırlanan qida məhsulları ilə bağlı XƏBƏRDARLIQ
16:35 23.09.2026
“Bir az dadım, görüm xarabdırmı?” – Evdə hazırlanan qida məhsulları ilə bağlı XƏBƏRDARLIQ
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
16:21 23.09.2026
Beynəlxalq tədbirlər zamanı nəqliyyat necə tənzimlənməlidir? - Tıxaclar hər yerdə olur, əsas bu addımlardır..
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
16:15 23.09.2026
“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirildi
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama
16:13 23.09.2026
Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
16:06 23.09.2026
Nərimanovda 31 kiloqram narkotik vasitə aşkarlandı
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
15:58 23.09.2026
Doktorant və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı keçiriləcək
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
15:41 23.09.2026
Mətbuat Şurasında “süni intellekt və media” mövzusunda tədbir keçirildi - FOTOLAR
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR
15:31 23.09.2026
Suriyada tarixində ilk: Qadın polislər məzun oldu - FOTOLAR
Çin lideri ABŞ-a yola düşüb
15:20 23.09.2026
Çin lideri ABŞ-a yola düşüb
E-QİYMƏT.az adlı yeni xəbər portalı fəaliyyətə başladı
14:46 23.09.2026
E-QİYMƏT.az adlı yeni xəbər portalı fəaliyyətə başladı
Əfv Sərəncamının icrasına başlanılır
14:31 23.09.2026
Əfv Sərəncamının icrasına başlanılır
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
14:29 23.09.2026
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
14:16 23.09.2026
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
14:08 23.09.2026
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
14:06 23.09.2026
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz