"İnfoschool" bloger məktəbinin iştirakçıları "AnewZ" televiziyasında - FOTOLAR

"İnfoschool" bloger məktəbinin iştirakçıları "AnewZ" televiziyasında - FOTOLAR
ÖZƏL
14:00 12.08.2025
325
"Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım” İctimai Birliyinin (GSİİYİB) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi "İnfoschool” bloger məktəbinin iştirakçıları üçün Azərbaycanın ilk ingilisdilli xəbər telekanalı olan "AnewZ"da infoturda iştirak ediblər.
 
AZXEBER.COM xəbər verir ki, telekanalın direktoru Rüfət Həmzəyev "AnewZ" kanalının fəaliyyət prinsipləri, jurnalistikanın yeni çağırışları barədə ətraflı məlumat verib. O, gənclərə bu sahədə inkişaf etmələri üçün lazımi tövsiyələr verib, praktiki təcrübənin və peşəkar mühitlə tanışlığın əhəmiyyətini vurğulayıb.
 
Gənclər telekanalın iş prinsipi, studiyaların fəaliyyəti və jurnalistlərin gündəlik işi ilə yaxından tanış olublar. Layihə iştirakçıları "AnewZ" kanalında xəbər istehsalı prosesinin mərhələlərini – xəbərin toplanması, redaktəsi, efirə hazırlanması və yayımı barədə əyani şəkildə məlumatlandırılıblar.
 

Tədbir zamanı "AnewZ" telekanalının baş direktorunun müavini Orxan Amaşov iştirakçıların suallarını cavablandıraraq, gənclərin jurnalistikaya marağını yüksək qiymətləndirib. O, xüsusilə, süni intellekt texnologiyalarının medianın gələcəyinə təsirindən danışaraq, AnewZ-un bu istiqamətdə atdığı addımları və tətbiq etdiyi innovativ yanaşmaları iştirakçıların diqqətinə çatdırıb.

 

"Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım” İctimai Birliyinin sədri Əfsələddin Ağalarov bildirib ki, "İnfoschool” layihəsi çərçivəsində müxtəlif təlimlər, infoturlar və praktik seminarlar vasitəsilə iştirakçılar üçün media savadlılığının artırılması və yeni media bacarıqlarının formalaşdırılması hədəflənib.

 
Birliyin baş katibi Hacıbəy Heydərli qeyd edib ki, layihənin əsas məqsədi gənc blogerləri və jurnalistikaya maraq göstərən tələbələri peşəkar media mühiti ilə tanış etmək, onların informasiya istehsalına dair biliklərini artırmaq və bu sahədə texnoloji yeniliklərlə tanış olmalarına şərait yaratmaqdır.
 
Daha sonra televiziyanın yaradıcı heyəti gənclərin suallarını cavablandırıb. 

Görüşdən fotoları təqdim edirik:
 






 

 

 

 

 

 

 

 

 



 

OXŞAR XƏBƏRLƏR