İngilis alimlərdən araşdırma: Sosial media yeniyetmələr üçün tamamilə məhdudlaşdırılmaldır

MARAQLI
17:55 02.07.2026
242
Məktəblərdə mobil telefonlardan istifadəyə qoyulan qadağa şagirdlərin psixi sağlamlığını və dərs göstəricilərini ciddi şəkildə yaxşılaşdırmır.

AZXEBER.COM xəbər verir ki, bu nəticə İngiltərədə aparılan yeni araşdırmada ortaya çıxıb.

Tədqiqat 30 məktəbdə təhsil alan 1227 şagird arasında aparılıb. Araşdırma zamanı telefon istifadəsinin tam qadağan olunduğu məktəblərlə, telefondan müəyyən hallarda istifadə edilməsinə icazə verilən məktəblər müqayisə edilib.

Nəticələr göstərib ki, hər iki məktəb növündə oxuyan şagirdlərin psixi sağlamlığı, narahatlıq və depressiya səviyyəsi, yuxu keyfiyyəti, fiziki aktivliyi, eləcə də ingilis dili və riyaziyyat fənləri üzrə nəticələri arasında ciddi fərq yoxdur. 

Həmçinin sinifdə qayda pozuntularının sayında da nəzərəçarpacaq dəyişiklik qeydə alınmayıb.

Araşdırma zamanı məlum olub ki, telefon qadağası olan məktəblərdə şagirdlər dərs günü ərzində mobil telefondan orta hesabla 40 dəqiqə, sosial mediadan isə 30 dəqiqə daha az istifadə edirlər. Ancaq bu məhdudiyyət onların gün ərzində ümumi ekran vaxtını ciddi şəkildə azaltmır. Tədqiqata görə, hər iki qrupda şagirdlər gün ərzində orta hesabla 4-6 saat smartfondan istifadə edirlər.

Araşdırmanın müəllifləri bildirirlər ki, təkcə məktəbdə telefon qadağası tətbiq etmək problemi həll etmir. Onların fikrincə, daha yaxşı nəticə əldə etmək üçün yeniyetmələrin telefon və sosial media istifadəsi yalnız məktəbdə deyil, tamamilə məhdudlaşdırılmalıdır.
 
Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
19:07 02.07.2026
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayış olub
18:47 02.07.2026
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayış olub
Avropa Komissiyası Prezidentinin Bakı səfəri strateji tərəfdaşlığın yeni mərhələsini açır ŞƏRH
18:42 02.07.2026
Avropa Komissiyası Prezidentinin Bakı səfəri strateji tərəfdaşlığın yeni mərhələsini açır ŞƏRH
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam etdi
18:35 02.07.2026
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam etdi
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib
18:22 02.07.2026
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib
Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutuldu
18:07 02.07.2026
Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutuldu
İngilis alimlərdən araşdırma: Sosial media yeniyetmələr üçün tamamilə məhdudlaşdırılmaldır
17:55 02.07.2026
İngilis alimlərdən araşdırma: Sosial media yeniyetmələr üçün tamamilə məhdudlaşdırılmaldır
Bir zamanlar milyonlarla izləyiciləri var idi, indi həbsxana həyatı yaşayırlar - Onlar kimdir?
17:32 02.07.2026
Bir zamanlar milyonlarla izləyiciləri var idi, indi həbsxana həyatı yaşayırlar - Onlar kimdir?
İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - Proqnoz
17:11 02.07.2026
İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - Proqnoz
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
17:09 02.07.2026
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
“Süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək”
16:53 02.07.2026
“Süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək”
Teymur Musayevin müavinlərinin sayı artırıldı
16:48 02.07.2026
Teymur Musayevin müavinlərinin sayı artırıldı
Məktəblərdə telefon qadağasını zəruri edən səbəblər açıqlandı: “Bu, onların tərbiyəsinə mənfi təsir göstərirdi”
16:36 02.07.2026
Məktəblərdə telefon qadağasını zəruri edən səbəblər açıqlandı: “Bu, onların tərbiyəsinə mənfi təsir göstərirdi”
Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb
16:31 02.07.2026
Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb
Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu
16:16 02.07.2026
Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu
Ermənistanın balans oyunu: Paşinyan Qərbə yaxınlaşır, Moskvanı isə... - Rəylər
16:05 02.07.2026