İngilis deputat Tofiq Bəhramovdan danışdı

DÜNYA
19:20 28.11.2013
1195

Stefan Hepbörn: “Dünya ictimaiyyəti məcbiri köçkünlərin evlərinə qayıtması üçün səylərini artırmalıdır”

Böyük Britaniya Parlamentinin Leyboristlər Partiyasından olan üzvü Stefan Hepbörn Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) suallarını cavablandırıb. Stefan Hepbörn Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma yürdların didərgin düşmüş soydaşlarımızın vəziyyətindən danışıb: "Azərbaycana səfərlərim zamanı həmkarlar ittifaqlarının nümayəndələri ilə görüşlərim olub və onların fəaliyyəti məndə xoş təəssürat yaradıb. Həmçinin, BP şirkətinin müxtəlif layihələrində çalışan həm britaniyalı mütəxəssislər, həm də azərbaycanlı fəhlələrlə görüşmüşəm. Lakin, mənim üçün ən çətin və təsirli olan Ermənistanla müharibə nəticəsində doğma yurdundan didərgin düşmüş məcburi köçkünlərin məskunlaşdığı düşərgələrə etdiyim səfərlər olub. Azərbaycan hökumətinin inşa etdiyi yeni evlərdə məcburi köçkünlərlə görüşmüşəm. Buna rəğmən, dünya ictimaiyyətinin həmin insanların evlərinə qayıtması üçün daha çox iş görməsi vacib məsələlərdən biridir. Hər səfərimdə Azərbaycanda baş vermiş dəyişikliklərə heyran qalıram. BMT-nin müvafiq hesabatlarına əsasən, Azərbaycanda yoxsuluq həddindən aşağıda yaşayan azərbaycanlılıarın sayı 2000-ci ildə 49 faizdən 2012-ci ildə cəmi 6 faizə düşmüşdür. Hər səfərim zamanı aydın şəkildə görürəm ki, bu inkişaf davam etməkdədir. Daha sonra Britaniyalı parlamentari futbol hakimi Tofiq Bəhramovu xatırlayıb: " Bakıda ən çox yadımda qalan o oldu ki, 1966-cı ildə Futbol üzrə Dünya Çempionatında İngiltərəyə qol bağışlayan yan hakim bildirildiyi kimi rus deyil, əslində azərbaycanlı Tofiq Bəhramov olub. Biz hər zaman onun həmin gün verdiyi qərara görə minnətdarıq!".

OXŞAR XƏBƏRLƏR