İngilis klubları Marko Roysu izləyir

İngilis klubları Marko Roysu izləyir
İDMAN
17:23 02.03.2018
2736
"Borussiya Dortmund"un kapitanı Marko Roysa İngiltərənin 2 klubu maraq göstərir.

AZXEBER.COM goal.az-a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçini daha yaxından "Tottenhem" izləyir.

Roys Dortmund klubu ilə yeni müqavilə imzalamasa, "mahmızlar" transfer üçün təklif göndərəcək. Almaniyalı havbek "Liverpul"un da maraq dairəsindədir. Komandanın baş məşqçisi Yurqen Klopp keçmiş yetirməsinin potensialına yaxşı bələddir.

Roysun "Borussiya" ilə müqaviləsi mövsümün sonunda bitir. 
OXŞAR XƏBƏRLƏR