"Avro-2024"də uğurlu çıxış edən Barış Alper Yılmaz üçün İngiltərənin "Brayton" klubu təklif hazırlayır.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçunun transferi üçün rəsmi danışıqlar yaxın günlərdə başlanılacaq.
24 yaşlı oyunçu son mövsüm 57 matçda forma geyinib, 7 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Barışın "Qalatasaray" ilə müqaviləsi 2027-ci ilə qədər davam edir. Futbolçunun bazar dəyəri isə 17 milyon avroya bərabərdir.
Məryəm