İngilis qadın öz iti ilə “evləndi” - FOTO

İngilis qadın öz iti ilə “evləndi” - FOTO
DÜNYA
17:53 12.03.2014
1958
İngiltərədə 47 yaşında bir qadın öz iti ilə “evlənib”.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Xorvatiyada görüb, “aşiq olduğu” Şeba adlı iti ilə nikaha girən Amanda Rodcers özünü çox xoşbəxt hiss etdiyini deyib.
“Şeba məni çox güldürür və keyfim olmayanda könlümü alır” - deyən, A.Rodcers “Həyat yoldaşımdan bundan başqa nə gözləyə bilərəm ki” – sözlərini əlavə edib.
A.Rodcers evlilik təklifini itinin önündə diz çökərək edib. Şeba isə quyruğunu oynatmaqla ona “hə” deyib.
200 nəfərdən ibarət məclisdə özünün dişi iti ilə “nikaha” daxil olan Amanda 20 il öncə bir kişi ilə uğursuz evlilik yaşadığını da deyib. O, budəfəki evliliyinin uzunömürlü olacağına ümid etdiyini söyləyib.
OXŞAR XƏBƏRLƏR