İngiltərə, ABŞ və Avstraliya ortaq nüvə mövzusunda razılığa gəldi

İngiltərə, ABŞ və Avstraliya ortaq nüvə mövzusunda razılığa gəldi
DÜNYA
13:47 07.04.2022
323
Böyük Britaniya, Avstraliya və ABŞ hipersonik raketlərinin yaradılması barədə razılığa gəliblər.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, keçən il İngiltərə, Avstraliya və ABŞ tərəfindən müdafiə məqsədilə yaradılan AUKUS Paktının bugünkü iclasında üç ölkə hipersonik raketlərinin inkişafı sahəsində əməkdaşlıq etmək qərarına gəlib.
 
Hind-Sakit Okean regionunun təhlükəsizliyini təmin etmək üçün Avstraliyaya nüvə enerjisi ilə işləyən sualtı qayıqların tədarükü üçün keçən ilin sentyabrında yaradılmış AUKUS Paktının bugünkü iclası ABŞ Prezidenti Co Bayden, Böyük Britaniyanın Baş naziri Boris Conson və Avstraliyanın iştirakı ilə keçirilib.
 
Üç ölkə paktı genişləndirmək və bəzi məsələlərdə, xüsusən də hipersonik raketlərinin və elektron müharibə imkanlarının inkişafı sahəsində əməkdaşlıq etmək barədə razılığa gəliblər.
 
Görüşdə üç ölkə, həmçinin məlumat mübadiləsi, müdafiə innovasiyaları, süni intellekt, kvant texnologiyaları, qabaqcıl kiberməkan və sualtı imkanların inkişafı sahəsində əməkdaşlıq etmək öhdəliyi götürüb. Rusiya ordusunun Ukraynaya hücumlarında hipersonik raketlərindən istifadə etdiyi bilindiyi halda, Rusiyaya ən yaxın ölkələrdən biri olan Çin öz istehsalı olan hipersonik raketlərinin sınaqlarını həyata keçirib.
 
ABŞ keçən ay özünün hipersonik raketini sınaqdan keçirsə də, hələ bu texnologiyada uğur qazana bilməyib, Böyük Britaniya və Avstraliya isə bu mövzuda hələ heç bir təşəbbüs göstərməyib.
 
Qeyd edək ki, hipersonik raketlər səsdən beş qat sürətlə hərəkət edə bilən, manevr edə bilən və nüvə silahı daşıya bilən silahlardır.
 
Ayşən 
OXŞAR XƏBƏRLƏR