İngiltərə Baş Nazirinin sözçüsü: "Qəzzada atəşkəsi dəstəkləmirik"

İngiltərə Baş Nazirinin sözçüsü: "Qəzzada atəşkəsi dəstəkləmirik"
DÜNYA
10:51 26.10.2023
153
Böyük Britaniya Baş Nazirliyinin sözçüsü Londonda xarici jurnalistlər üçün keçirdiyi mətbuat brifinqində sualları cavablandırıb. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, sözçü Britaniyanın İsrailə dəstəyini təkrarlayaraq, Qəzzada atəşkəs elan edib-etməyəcəyi ilə bağlı sualları cavablandırıb.

İsrailin özünü müdafiə etmək hüququ olduğunu bildirən sözçü deyib:

"Bu mövzuda mövqeyimiz dəyişmir, lakin biz əvvəldən deyirik ki, Britaniya vətəndaşları Qəzzanı tərk etməli, məhbuslar azad edilməli və humanitar yardımların daxil olmasına icazə verilməlidir”.

Sözçü "Britaniya hökumətinin tərəfləri atəşkəsə çağırması üçün nə baş verməlidir?" sualına "Atəşkəs hazırda yalnız HƏMAS-a xidmət edəcək”, - deyə cavab verib.

Ayşən
OXŞAR XƏBƏRLƏR