İngiltərə-Danimarka matçında ədalətsiz penalti qərarı: Futbol ictimaiyyəti ayağa qalxdı

İngiltərə-Danimarka matçında ədalətsiz penalti qərarı: Futbol ictimaiyyəti ayağa qalxdı
İDMAN
12:27 08.07.2021
1205
AVRO-2020-nin ikinci yarımfinal matçının əlavə vaxtında Danimarka millisinin qapısına təyin olunan penalti futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.

Dünyanın bir sıra mətbuat orqanlarına müsahibələri zamanı futbol ictimaiyyətinin bir çox tanınmış simaları hakimin yanlış qərar verdiyini bildiriblər.

Danimarka millisinin baş məşqçisi Kasper Yulmand oyun zamanı bir çox məsələnin onların əleyhinə getdiyini qeyd edib:
"Mən penaltiyə baxdım, incə məqamdır. Uzun müddət meydanda iki top var idi. Əlimizdən gələn hər şeyi etdik”, - deyə baş məşqçi bildirib.

Yulmand həmçinin qeyd edib ki, ehtiyat hakimin diqqətini meydanda iki top olmasına çəkməyə çalışıb:

"Mən Sterlinqin oraya qaçışından beş saniyə əvvəldən bəhs edirəm. Başqa məqamlarda hakim fit çalmaq üçün kifayət qədər sürətli idi. Mən sadəcə burada penalti görmürəm. Bu ağırdır. Mübarizəni uduzmaq başqa bir şeydir, ancaq hər şeyin bu şəkildə baş verməsi çox cansıxıcıdır. Uşaqlara görə məyus oldum, bu cür kənarlaşmaq ağırdır”, - deyə K.Yulmand vurğulayıb.

FIFA-nın Futbolun Qlobal İnkişafı Şöbəsinin rəhbəri və "Arsenal”ın keçmiş məşqçisi Arsen Venger də İngiltərə-Danimarka qarşılaşmasındakı penalti epizodu barədə danışıb.

"Bu penalti deyildi. Anlamıram, nəyə görə VAR-la bu cür epizodlarda hakim monitorda təkrarı izləməyə getmir. Bu cür məqamlarda hakim tamamilə əmin olmalıdır”, - deyə A.Venger bildirib.

Öz növbəsində İngiltərənin "Liverpool” klubunun və Almaniya milli komandasının sabiq yarımmüdafiəçisi Dietmar Hamann da AVRO-2020-nin yarımfinalı oyununun artırma dəqiqələrində Danimarkanın qapısına təyin edilən penalti qərarına münasibət bildirib.

D.Hamann İrlandiyanın qeyd edib ki, Rahim Sterlinq 11 metrlik cərimə zərbəsi qazanmaq üçün özünü bilərəkdən yerə atıb.

"Biabırçı qərar idi. Başa düşürəm ki, səndən tələb olunanı icra etmək lazımdır, lakin bunu həm də uşaqlar izləyir”, - deyə 47 yaşlı sabiq futbolçu vurğulayıb.

Xatırladaq ki, 2:1 hesabı ilə başa çatan matçın 102-ci dəqiqəsində Rahim Sterlinq cərimə meydançasında yerdə qalıb. Hakim penalti qərarı verib. VAR yoxlaması da hakimin qərarını təsdiqləyib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
06:52 06.03.2025
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
04:47 06.03.2025
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
03:45 06.03.2025
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
02:40 06.03.2025
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
Papa Fransiskin müalicəsi davam etdirilir
01:35 06.03.2025
Papa Fransiskin müalicəsi davam etdirilir
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
01:12 06.03.2025
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
01:09 06.03.2025
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
00:51 06.03.2025
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
00:34 06.03.2025
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
00:28 06.03.2025
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
23:58 05.03.2025
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
23:37 05.03.2025
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
23:29 05.03.2025
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
23:27 05.03.2025
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi
23:21 05.03.2025
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi