İngiltərə klubunun müdafiəçisinin "Qalatasaray"a keçidi baş tutmayıb

İngiltərə klubunun müdafiəçisinin "Qalatasaray"a keçidi baş tutmayıb
İDMAN
19:02 02.02.2024
253
İngiltərənin "Nottinqem Forest" klubunun müdafiəçisi Serj Oryenin "Qalatasaray"a keçidi baş tutmayıb.

Tərəflər ödəniş şərtləri ilə bağlı razılığa gələ bilməyiblər.

Kot-d'İvuar millisinin 31 yaşlı üzvü 2022-ci ilin sentyabrından İngiltərə klubunda çıxış edir. Orye bu mövsüm Premyer Liqada 12 oyun keçirib və 2 məhsuldar ötürmə edib.

Onun "Nottinqem Forest" ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.
OXŞAR XƏBƏRLƏR