Futbol üzrə İngiltərə kuboku çərçivəsində III turun oyunları keçirilib.
Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha 6 qarşılaşma baş tutub.
Öz meydanında "Nyukasl"ı qəbul edən "Mançester Yunayted" çətin qələbə qazanıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən "qırmızı şeytanlar" növbəti mərhələyə adlayıblar.
Səfərdə "Vest Bromviç"lə qarşılaşan "Liverpul" da qələbəyə sevinib. "Liverpul"un türkiyəli futbolçusu Nuri Şahinin dublu komandasını növbəti mərhələyə çıxarıb.
Günün ən böyükhesablı oyunu Londonda baş tutub. Doğma azarkeşləri önündə aşağı liqa təmsilçisi "Koventray"ı qəbul edən "Arsenal" rəqibini darmadağın edib - 6:1.
26 sentyabr
İngiltərə kubokunda III turun oyunları
"Norviç"- "Donkaster"- 1:0Qol:Tettey, 26 (1:0)
"Kvins Park Reyncers" -"Ridinq" - 2:3Qollar:Hoylet, 14 (1:0), Gorkss, 16 (1:1), Sisse, 71 (2:1), Şorey, 76 (2:2), Poqrebnyak, 81 (2:3)
"Arsenal"- "Koventray"- 6:1Qollar:Jiru, 39 (1:0), Çemberleyn, 57 (2:0), Arşavin, 63 (3:0), Uolkot, 73 (4:0), Boll, 78 (4:1), Miqel, 79 (5:1), Uolkot, 89 (6:1)
"Mançester Yunayted"- "Nyukasl"- 2:1Qollar:Anderson, 44 (1:0), Kleverli, 58 (2:0), sisse, 62 (2:1)
"Karlisl" -"Tottenhem" - 0:3Qollar:Vertongen, 37 (0:1), Taunsend, 53 (0:2), Siqurdson, 89 (0:3)
"Vest Bromviç"- "Liverpul" - 1:2Qollar:Tamas, 6 (1:0), Nuri Şahin, 17 (1:1), 82 (1:2)