İngiltərə millisi Avropa çempionatlarında yeni rekorda imza atıb

İDMAN
10:38 11.07.2024
176
Futbol üzrə İngiltərə millisi Avropa çempionatları tarixində yeni rekorda imza atıb.

Britaniyalılar buna yarımfinal mərhələsində Niderlanda qalib gəlməklə (2:1) nail olublar.

Qaret Sautqeytin rəhbərlik etdiyi kollektiv həm 1/4 final, həm də yarımfinal matçında məğlub durumda olmasına baxmayaraq, geridönüş edərək finala yüksələn ilk komanda olub.

Qeyd edək ki, İngiltərə millisi iyulun 14-də reallaşacaq final matçında İspaniya ilə üz-üzə gələcək.
 
///Report

OXŞAR XƏBƏRLƏR