İngiltərə millisinə müvəqqəti baş məşqçi təyin edilib

İDMAN
17:45 09.08.2024
149
Futbol üzrə İngiltərə millisinin müvəqqəti baş məşqçisi bəlli olub.

Bu barədə İngiltərə Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Yığma U-21-in baş məşqçisi Li Karsliyə tapşırılıb. 50 yaşlı mütəxəssis sentyabrda komandanı UEFA Millətlər Liqasındakı matçlara çıxaracaq.

Sentyabrın 7-də İrlandiyanın qonağı olacaq yığma üç gün sonra Finlandiyanı qəbul edəcək.

Qeyd edək ki, İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt AVRO-2024-ün finalında İspaniyaya uduzduqları (1:2) matçdan sonra postundan ayrılıb.
 
///report

OXŞAR XƏBƏRLƏR