İngiltərə millisinin baş məşqçisi ilə müqavilə uzadıldı

İDMAN
19:31 22.11.2021
152
Qaret Sautgeyt futbol üzrə İngiltərə milli komandası ilə müqavilə müddətini 2024-cü ilin dekabrınadək uzadıb.

İngiltərə Futbol Assosiasiyasının rəsmi saytına istinadən məlumatına görə, 51 yaşlı mütəxəssislə bərabər köməkçisi Stiv Hollandla da yeni sözləşmə imzalanıb.

Sautgeyt 2016-cı ildən rəhbərlik etdiyi yığmanı DÇ-2018-in yarımfinalına və AVRO-2020-nin finalına çıxarıb. 2022-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində isə İngiltərə millisi qrup lideri kimi mundiala vəsiqə qazanıb.
 
///Report

OXŞAR XƏBƏRLƏR