İngiltərə Müdafiə Nazirliyi Rusiyadakı məktəblərdə hərbi təlimlərin veriləcəyini bildirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 9 noyabr 2022-ci ildə Rusiyanın təhsil naziri Sergey Kravstov 2023-cü ilin sentyabrından Rusiya məktəblərində hərbi təlimlərin bərpa olunacağını bildirib.
Bu, sovet dövründə 1993-cü ildə başa çatan və tələbələrin məcburi hərbi təlim keçdiyi proqramın təkrarı hesab olunur.
Qeyd edək ki, hazırda təlim proqramı hazırlanır və 2022-ci ilin sonuna qədər tamamlanacaq. Daha sonra təsdiqləmə prosesindən keçəcək.
Rusiya Müdafiə Nazirliyi bir tədris ilində bu təhsilə ən azı 140 saat ayrılması lazım olduğunu bildirərək bu prosesi dəstəkləyir.
Ayşən