İngiltərə Premyer Liqası 2023-cü ildə yeni turnir keçirməyi planlaşdırır.
AZXEBER.COM saytının məlumatına görə, mövsümöncəsi hazırlıq çərçivəsində baş tutacaq yarış ABŞ-da təşkil olunacaq.
Turnirdə Premyer Liqanın 6 klubu mübarizə aparacaq. Onlar öncə iki qrupda qüvvəsini sınayacaq. Qarşılaşmalar ABŞ-ın müxtəlif şəhərlərində keçiriləcək.
Qeyd edək ki, hazırda Premyer Liqanın turnir cədvəlinə "Arsenal” başçılıq edir.