İngiltərə Premyer Liqası: "Mançester Yunayted" qol duelində məğlub oldu

İngiltərə Premyer Liqası: "Mançester Yunayted" qol duelində məğlub oldu
İDMAN
19:46 04.05.2025
201
İngiltərə Premyer Liqasında 35-ci turun oyunları keçirilir.

Bu mövsüm işləri heç də qaydasında getməyən "Mançester Yunayted" liqa tarixində ən gənc heyəti ilə "Brentford"un qarşısına çıxıb.

Səfər matçı "qırmızı şeytanlar" üçün uğursuz olub. Hesabı açan mankunianlar yekunda məğlub olublar - 4:3.

Hazırda "Mançester Yunayted" 39 xalla turnir cədvəlində 15-ci yerdə qərarlaşıb. "Brentford" isə nisbətən daha əlverişli mövqedə - 9-cu pillədədir. Komandanın aktivində 52 xal var.
 
/Oxu.Az
OXŞAR XƏBƏRLƏR