Futbol üzrə İngiltərə Premyer Liqasında VII tura yekun vurulub.
Qol.Az-ın məlumatına görə, son oyun günündə daha 4 qarşılaşma baş tutub.
Öz meydanda "Aston Villa"nı qəbul edən "Tottenhem" görüşdən 3 xalla ayrılıb. Rəqibini 2:0 hesabı ilə məğlub edən London təmsilçisi xalını 14-ə yüksəldib.
Doğma azarkeşləri önündə "Stok Siti" ilə qarşılaşan "Liverpul" klubu rəqibin müqavimətini qıra bilməyib. Bu görüşdə tərəflərin ciddi cəhdlərinə baxmayaraq, oyunda hesab açılmayıb - 0:0.
Günün mərkəzi qarşılaşması "Nyukasl" və "Mançester Yunayted" komandaları arasında baş tutub. Görüş Mançester təmsilçisinin böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0.
6 oktyabr
İngiltərə Premyer Liqasında VII turun oyunları
"Mançester Siti" - "Sanderlend" - 3:0Qollar:Kolarov, 5 (1:0), Aquero, 60 (2:0), Milner, 89 (3:0)
"Uiqan" - "Everton" - 2:2Qollar:Kone, 10 (1:0), Yelaviç, 11 (1:1), Di Santo, 23 (2:1), Baynes, 87-pen (2:2)
"Vest Bromviç" - "Kvins Park Reyncers" - 3:2Qollar:Morrison, 5 (1:0), Gera, 22 (2:0), Taarabt, 35 (2:1), Mulumbu, 85 (3:1), Granero, 90 (3:2)
"Suonsi" - "Ridinq" - 2:2Qollar:Poqrebnyak, 31 (0:1), Hant, 44 (0:2), Miku, 71 (1:2), Routlec, 78 (2:2)
"Çelsi" - "Norviç" - 4:1Qollar:Holt, 11 (0:1), Torres, 14 (1:1), Lempard, 22 (2:1), Hazard, 31 (3:1), İvanoviç, 76 (4:1)
"Vest Hem" - "Arsenal" - 1:3Qollar:Diame, 21 (1:0), Jiru, 41 (1:1), Uolkot, 77 (1:2), Kazorlo, 83 (1:3)
7 oktyabr
"Sauzhempton" - "Fulhem" - 2:2Qollar:Fonte, 4 (1:0), Hoyveld, 69-avtoqol (1:1), Riçardson, 88 (1:2), Fonte, 90 (2:2)
"Tottenhem" - "Aston Villa" - 2:0Qollar:Kaulker, 58 (1:0), Lennon, 67 (2:0)
"Liverpul" - "Stok Siti" - 0:0
"Nyukasl" - "Mançester Yunayted" - 0:3Qollar:Evans, 8 (0:1), Evra, 15 (0:2), Kleverli, 71 (0:3)