İngiltərədə 37 məhbus səhvən həbsxanadan azad edilib, 5-i geri qayıtmayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, sərbəst buraxılanlar polis nəzarətindədirlər və tezliklə həbsxanaya qayıdacaqlar.
Digər diqqətçəkən məqam isə 5 məhbusun həbsxanaya qayıtmaması olub.
İngiltərə və Uelsdəki həbsxanalardakı həddən artıq sıxlığı azaltmaq məqsədilə sentyabrın 10-da 1750 məhbus erkən azadlığa buraxılıb. Gələn ay da eyni sayda məhbusun azadlığa buraxılması planlaşdırılır.
Bu hadisə həbsxana sistemindəki problemləri gündəmə gətirib.
Mikayıl